Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə 4-5 mart 2026-cı il tarixlərində ABA-nın “İnsan resurslarının idarə edilməsiEkspert Qrupu”nun üzvlərinin və bankların bu istiqamətdəki rəhbər şəxsləri üçün Macarsıtan Respublikasına səfər təşkil edilmişdir. Görüşlər zamanı nümayəndə heyəti Erste Bank, MHB Bank, OTB Bank və K&H Bank kimi aparıcı maliyyə qurumlarının təcrübələri ilə yaxından tanış oldu, qarşılıqlı fikir mübadiləsi və faydalı müzakirələr aparıldı.
Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olmuşlardır.
- İnsan resurslarının strateji idarə olunması;
- İşə qəbul və işçi planlaşdırması;
- Rəqəmsal və süni intellekt əsaslı hr həlləri;
- Uzaqdan və çevik iş modelləri;
- Performansın və bacarıqların idarə edilməsi;
- Maliyyə və qeyri-maliyyə motivasiya mexanizmləri;
- Təlim və inkişaf sistemləri;
- HR analitikası və məlumatlara əsaslanan qərarvermə;
- İşçi cəlbetməsi və daxili ünsiyyət.
Qeyd edək ki, ABFTC 2000-ci ildə Avropa Birliyinin təşəbbüsü ilə yaradılmış və Azərbaycan Banklar Assosiasiyası-nın törəmə müəssisəsidir. Mərkəz indiyədək 250-dən çox mövzu üzrə 2 600-dən artıq təlim kursu təşkil etmiş və 38 000-dən çox dinləyicinin iştirakını təmin etmişdir.