ABA-nın “İnsan resurslarının idarə edilməsi üzrə Ekspert Qrupu”nun Macarıstan səfəri başa çatmışdır

Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə 4-5 mart 2026-cı il tarixlərində ABA-nın “İnsan resurslarının idarə edilməsiEkspert Qrupu”nun üzvlərinin  və bankların bu istiqamətdəki rəhbər şəxsləri üçün Macarsıtan Respublikasına səfər təşkil edilmişdir. Görüşlər zamanı nümayəndə heyəti Erste Bank, MHB Bank, OTB Bank və K&H Bank kimi aparıcı maliyyə qurumlarının təcrübələri ilə yaxından tanış oldu, qarşılıqlı fikir mübadiləsi və faydalı müzakirələr aparıldı.

        Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olmuşlardır.

  • İnsan resurslarının strateji idarə olunması;
  • İşə qəbul və işçi planlaşdırması;
  • Rəqəmsal və süni intellekt əsaslı hr həlləri;
  • Uzaqdan və çevik iş modelləri;
  • Performansın və bacarıqların idarə edilməsi;
  • Maliyyə və qeyri-maliyyə motivasiya mexanizmləri;
  • Təlim və inkişaf sistemləri;
  • HR analitikası və məlumatlara əsaslanan qərarvermə;
  • İşçi cəlbetməsi və daxili ünsiyyət.

          Qeyd edək ki, ABFTC 2000-ci ildə Avropa Birliyinin təşəbbüsü ilə yaradılmış və Azərbaycan Banklar Assosiasiyası-nın törəmə müəssisəsidir. Mərkəz indiyədək 250-dən çox mövzu üzrə 2 600-dən artıq təlim kursu təşkil etmiş və 38 000-dən çox dinləyicinin iştirakını təmin etmişdir.